ADBTİA-nın prorektoru, professor
Məlum məsələdir ki, bu gün idmana qayğı və xüsusi diqqət ölkəmizin inkişaf strategiyasının əsas proritetlərindən biridir!
İdmanın kütləviliyi təmin edilərək sağlam nəslin formalaşdırılması istiqamətindəki işlər aidiyyatı qurumların əsas fəaliyyətinə çevirilmişdir. Sözssüz ki, formalaşdırılırmış sağlam nəsil vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idman sahəsində deyil, bütün siferalarda da aktiv fəaliyyəti ilə seçilir, dövlət tərəfindən təşkil olunan bütün mötəbər tədbirlərin təbliğində mühüm rol oynayırlar.
Dövlətin xüsusi qayğısı ilə əhatə olunmuş idman təşkilatları, federasiyalar, klublar da öz fəaliyyətlərini birmənalı olaraq Azərbaycan respublikasında idmanın inkişafına yönəltmişlər. Öz işlərini bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, gənc nəslin sağlamlığının qorunması və fiziki inkişafına nail olmaq və vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirmək, həmçinin respublikanın milli yığma komandalarının ehtiyat qüvvələrinin hazırlanmasında fəal iştirakı təmin etmək prinsipi üzərində qurmuşlar. Vətən müharibəsində xüsusi şücaət göstərən qəhrəman əskərlərimiz fiziki cəhətdəndə hazırlıqlı gənclər idi. Vətənin ərazi bütövlüyünün təmin olunması və torpaqlarımızın düşmən tapdağından azad edilməsində misilsiz rolu olan hərbiçi gənclərimizin fiziki cəhətdən sağlam, gümrah, dözümlü və iradəli olması məhz onların idmanla sıx bağlılığı ilə əlaqədardır. Ölkəmizdə bədən tərbiyəsinə və idmana marağın yaradılması üçün hər cür şəraitin yaradılması, maddi-texniki təchizatın qənaətbəxş olması əsas şərtlərdəndir ki, bu gün gənclərimiz idmanı sevir, idmanı həyatının bir hissəsinə çevirmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu Gənclər siyasətinin müvəffəqiyyətli nəticəsini biz artıq görürük. Savadlı, yüksək intellektə malik, sağlam düşüncəli və vətənpərvər gənclərimiz bu gün ölkə idarəçiliyində yüksək möveyə sahibdilər. Torpaqlarımızın düşməndən azad olunmasında böyük rolu olan gənclərimiz “Azərbaycan Ordusu” adı ilə dünya tarixinə öz igidlik və mübarizliyinin salnaməsini yazmışdır.
Ümidvarıq ki, yaxın gələcəkdə dünyada pandemiya bitəcək və normal həyata qayıdış olacaq, təxirə salınmış idman yarışları yüksək səviyyədə keçiriləcəkdir. Azərbaycan da idman sahəsindəki uğurlu fəaliyyətini təmin edəcək, bayraqlarımız qalib kürsülərdə dalğalanacaq və hər il olduğu kimi dövlətimiz yənə mötəbər idman yarışlarına layiqli ev sahibliyi edəcəkdir. Biz iradəli və mübariz bir xalq olaraq bütün manelərin öhtəsindən cəsarətlə gəlməyi bacarırıq. Bundan sonra da birlikdə böyük zəfərlərə və şanlı qələbələrə imzalar atacağıq!
