Sizin reklam burada
Sizin reklam burada
  • Keçmiş futbolçu meydanda hakimi döydü

    Keçmiş futbolçu meydanda hakimi döydü Rusiya millisinin sabiq futbolçusu Roman Şirokov qalmaqalla gündəmə gəlib.
    39 yaşlı yarımmüdafiəçi oyun zamanı hakimi döyüb.
    Hadisə həvəskar komandalar arasında keçirilən görüş zamanı baş verib. Şirokovun keçmiş futbolçu olan referi Nikita Dançenkovu döydüyü görüntülər internetdə də yayılıb. Yumruq zərbələrindən sonra tibbi yardıma ehtiyac duyan hakimin səhhətinin qaydasında olduğu açıqlanıb. Futbolçu hərəkətinə görə üzr istəyib.
    Qeyd edək ki, Roman Şirokov 2008-2016-cı illərdə Rusiya millisinin heyətində 50-dən çox oyun keçirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ