Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyə və Rusiya klubları mübarizəyə başlayırlar

    Türkiyə və Rusiya klubları mübarizəyə başlayırlar Bu gün avrokuboklarda III təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
    Çempionlar Liqasında 5, Avropa Liqasında isə 1 görüş baş tutacaq.
    Türkiyəni təmsilçisi "Başakşəhər" də ÇL-in təsnifat mərhələsində ilk oyununa çıxacaq. İstanbul təmsilçisi Yunanıstanın "Olimpiakos" kollektivini qəbul edəcək.
    Ötən mövsüm Rusiya Premyer Liqasını 3-cü pillədə başa vuran "Krasnodar" da ilk matçını evdə keçirəcək. Komanda Portuqaliyanın "Portu" klubunun müqavimətini qırmağa çalışacaq.
    Avropa Liqasındakı yeganə oyunda isə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a uduzan (1:1, 3:0) İrlandiya "Dundalk"ı Slovakiyada "Slovan"ın qonağı olacaq.

    Çempionlar Liqası
    III təsnifat mərhələsi
    İlk oyunlar

    7 avqust
    21.00 Krasnodar (Rusiya) - Portu (Portuqaliya)
    21.45 Başakşəhər (Türkiyə) - Olimpiakos (Yunanıstan)
    22.00 Bazel (İsveçrə) - LASK (Avstriya)
    22.00 ÇFR (Rumıniya) - Seltik (Şotlandiya)
    22.15 Maribor (Sloveniya) - Rusenborq (Norveç)

    Avropa Liqası
    III təsnifat mərhələsi
    İlk oyun

    7 avqust
    22.15 Slovan (Slovakiya) - Dundalk (İrlandiya)

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ