"Damalılar"ın hücumçusu Ante Rebiç sıradan çıxıb. 25 yaşlı futbolçu "Ayntraxt"ın heyətində Bundesliqanın 24-cü turunda "Hoffenhaym"a qarşı matçda zədələnib. Futbolçunun zəddəsinin ciddi olduğu üçün Belqrada müayinədən keçməyə gedib. Rebiç zədə səbəbindən Avropa Liqasında "İnter"lə görüşün iştirak ərizəsinə salınmayıb. Onun millimizlə oyuna hazır olub-olmayacağı məlum deyil.
Zlatko Daliç Rebiçin alternativi kimi Zaqreb "Dinamo"sunda oynayanBruno Petkoviçi görür.
Qeyd edək ki, Xorvatiya -Azərbaycan oyunu martın 21-də baş tutacaq.
