Sizin reklam burada
Sizin reklam burada
  • UEFA Avropa Liqasının on altıdabir final mərhələsinin oyunları keçirilib - NƏTİCƏLƏR

    UEFA Avropa Liqasının on altıdabir final mərhələsinin oyunları keçirilib - NƏTİCƏLƏR UEFA Avropa Liqasının on altıdabir final mərhələsinin oyunları keçirilib.
    Mərhələnin ən gözlənilməz hesabı Belarusda qeydə alınıb. BATE doğma azarkeşlər önündə İngiltərənin "Arsenal” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 45-ci dəqiqədə Stanislav Draqun olub. Matçın 85-ci dəqiqəsində londonluların hücumçusu Aleksandr Lakazet qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
    Mərhələnin mərkəzi görüşü isə İtaliyada – "Olimpiko” stadionunda oynanılıb. "Latsi” komandası İspaniyanın "Sevilya” komandasını qəbul edib. Bu oyunda isə qonaqlar üstün olub (0:1).
    Türkiyənin "Qalatasaray” komandası öz meydanında Portuqaliyanın "Benfika” komandasına məğlub olub (1:2).
    Mərhələnin digər oyunlarında növbəti hesablar qeydə alınıb:
    "Krasnodar” (Rusiya) – "Bayer” (Leverkuzen, Almaniya) - 0:0;
    "Slaviya” (Praqa, Çexiya) – "Genk” (Belçika) - 0:0;
    "Rapid” (Vyana, Avstriya) – "İnter” (İtaliya) - 0:1;
    "Renn” (Fransa) – "Real Betis” (İspaniya) - 3:2;
    "Olimpiakos” (Yunanıstan) – "Dinamo” (Ukrayna) - 2:2.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ