Sizin reklam burada
Sizin reklam burada
  • “Milan” komandası yarımfinala vəsiqə qazanıb

    “Milan” komandası yarımfinala vəsiqə qazanıb İtaliya kubokunun dörddəbir final mərhələsinin görüşü keçirilib.
    "San Siro” stadionunda baş tutan görüşdə son İtaliya kubokunun finalçısı olan "Milan” komandası "Napoli” ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə "Milan” 2:0 hesabı ilə qələbə qazanıb. Onun heyətində yeni transfer, polşalı Kşiştof Piatek (11, 27) fərqlənib.
    "Milan” növbəti mərhələdə - yanvarın 31-də "İnter” - "Latsio” görüşünün qalibi ilə qarşılaşacaq.
    Yarımfinal oyunları isə aprelin 24-də keçiriləcək.
    Qeyd edək ki, dörddəbir final mərhələsinin digər görüşlərində "Fiorentino”-"Roma”, "Atalanta”-"Yuventus” və "İnter”-"Latsio” üz-üzə gələcəklər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ