26 yaşlı braziliyalı hücumçu fevralın 12-də "Old Trafford” stadionunda keçiriləcək oyunda zədəsinə görə oyunu azarkeş tribunasından izləyəcək. Klubun həkim heyətinin rəyinə görə, Neymar ayağını çətinliklə işlədir.
Xatırladaq ki, hücumçu yanvarın 23-də Fransa Kubokunun onaltıdabir finalında "Strasburq” (2:0) klubuna qarşı keçirilən oyunda sağ ayağından zədələnib.
Qeyd edək ki, Neymar cari mövsümdə PSJ klubun heyətində keçirdiyi 23 oyunda 20 dəfə rəqib qapıçılarını məyus edib.
