Sizin reklam burada
Sizin reklam burada
  • Balakəndə sel səbəbindən çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Balakən rayonunun Katex kəndində bir nəfərin sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.

    Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ