Sizin reklam burada
Sizin reklam burada
  • Bərdədə DƏHŞƏTLİ CİNAYƏT: qardaşının arvadını öldürdü

    Prokurorluq Bərdədə törədilən qətllə bağlı məlumat yayıb.
    Bərdə Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, avqustun 5-də saat 08 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 1991-ci il təvəllüdlü Sədaqət İbrahimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
    Araşdırmalarla 1995-ci il təvəllüdlü Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
    Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
    Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ