Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşı 31 ədəd bağlamada qızıl-zinət əşyalarını pasport yoxlanış keçid məntəqəsinin qarşısında olan sanitar qovşaqda təmizlik işlərini aparan şəxsə verib, sonuncu da qeyd olunan qızıl-zinət əşyalarını zibil və salfetka qablarında gizlədib.
Qeyd olunan zibil və salfetka qablarına keçirilən baxış zamanı 31 ədəd bağlamada, ümumi çəkisi 8 kiloqram 400 qram olan qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
