Sizin reklam burada
Sizin reklam burada
  • Ağdam istiqamətində iki hərbçimiz yaralanıb - NÖVBƏTİ TƏXRİBAT

    Atributinfo.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralanıb.
    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
    Bildirilib ki, sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
    Qeyd edilib ki, nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb:
    "Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb".

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ