Sizin reklam burada
Sizin reklam burada
  • Neftçala sakini həmkəndlisini güllələndi

    Atributinfo.az xəbər verir ki, Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1970-ci il təvəllüdlü şəxsin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Hüseyin müəyyən edilərək saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
    Faktla bağlı araşdırmalar davam etdirilir.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ