Sizin reklam burada
Sizin reklam burada
  • Xəzər rayonunda ferma ərazisində yanğın olub

    Atributinfo.az xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda ferma ərazisində ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, damına və ətrafına yığılan 40 ton ot bağlamasının 7 tonu yanıb.
    Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, tövlənin, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlələr yanğından mühafizə olunub.
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ