Sizin reklam burada
Sizin reklam burada
  • Göygöldə evin uçması nəticəsində bir nəfər həlak olub

    Atributinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində 1 nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.
    FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it axtarış-xilasetmə işlərinə cəlb olunub.
    Axtarışlar nəticəsində Göygöl şəhərində fərdi yaşayış evində uçqun altında qalmış 1987-ci il təvəllüdlü Cəfərov Emin Əlivənd oğlunun meyiti FHN-in qüvvələri tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ