Sizin reklam burada
Sizin reklam burada
  • Paytaxtda yaşayış binasında yanğın

    Yanğın hadisəsi Bakının Yasamal rayonunda olub.
    Hadisə Həsən bəy Zərdabi prospektində yerləşən yaşayış binasında verib.
    "Atributinfo.az" xəbər verir ki, yanğın beşmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzildə olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb edilib.
    Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi və bina sakinlərinin təxliyəsi təmin olunub.

    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ