Sizin reklam burada
Sizin reklam burada
  • FHN Xətai rayonunda bir neçə ticarət obyektindəki yanğınla bağlı məlumat yayıb

    FHN Xətai rayonunda bir neçə ticarət obyektindəki yanğınla bağlı məlumat yayıb Fövqəladə Hallar Nazirliyi (FHN) Xətai rayonunda bir neçə ticarət obyektindəki yanğınla bağlı məlumat yayıb.
    Nazirlikdən verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda bir-birinə bitişik, ümumi sahəsi 1500 m² olan birmərtəbəli 12 ədəd müxtəlif təyinatlı satış mağazalarının və 1 ədəd kafenin yanar konstruksiyaları 500 m² sahədə, yaxınlıqdakı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan mağazanın plastikdən ibarət qapısı və içərisində olan 5 ədəd kompyuter qismən, həmçinin 1-ci və 2-ci mərtəbələrində quraşdırılmış 5 ədəd kondisioner kompressoru, 6 ədəd plastik pəncərə çərçivəsi, iki mənzilin eyvanına və binanın xarici divarına çəkilmiş lambirdən ibarət üzlük ümumilikdə 27 m² sahədə yanıb.
    Obyektlərin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ