Azərbaycanda 6 ayda partlayış hadisələrində 11 nəfər həlak olub
Hadisə
11-10-2022, 05:43
337
2022-ci ilin I yarımilliyi ərzində Azərbaycan ərazisində 34 partlayış hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, baş vermiş hadisələrin sayı 2021-ci ilin I yarımilliyi ilə müqayisədə 9 hadisə və ya 21% azdır. Partlayışlar zamanı 11 nəfər həlak olub, 70 nəfər xəsarət alıb.