Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, hər iki şəxsin özünü şübhəli aparması və xüsusilə X.Səmədlinin əlindəki çantanı gizlətməsi sübhə doğurduğundan çantaya əməkdaşlar tərəfindən baxış keçirilib.
Çantaya baxış keçirilən zaman 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 258,305 qram olan heroin və 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 498,700 qram olan tiryək aşkarlanıb və maddi sübut kimi götürülüb.
Qardaşlar maddi sübutlarla birlikdə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib və hazırda faktla bağlı araşdırma aparılır.
