“Şəhid bacısı” adı ilə pul toplayan şəxs saxlanıldı
Hadisə
21-09-2022, 13:57
341
Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub. DİN-dən bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib. O törətdiyi əməli etiraf edib. Araşdırmalar davam etdirilir.