Sizin reklam burada
Sizin reklam burada

Daha bir şadlıq evinin sahibinə cinayət işi başlanıb

Daha bir şadlıq evinin sahibinə cinayət işi başlanıb Dekabrın 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 235 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 232 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. onitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi23 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ