Sizin reklam burada
Sizin reklam burada

Bakıda DƏHŞƏTLİ QƏTL

Bakıda DƏHŞƏTLİ QƏTL Noyabrın 29-u saat 13 radələrində 23 yaşlı Ləman Ələsgərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Sabunçu rayon Pirşağı qəsəbəsində kirayədə yaşadığı evin həyətində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 31 yaşlı Şəhriyar Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ləman Ələsgərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ