Sizin reklam burada
Sizin reklam burada

Bağça müdirinə cinayət işi başlandı

Bağça müdirinə cinayət işi başlandı Şirvan şəhər 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasının müdirinə cinayət işi başlanıb.
Şirvan Şəhər Prokurorluğundan verilən məlumata görə, uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırma ilə qeyd edilən körpələr evi-uşaq bağçasının müdiri Elmira Səfərovanın həmin vəzifədə işlədiyi müddətdə 16 min 177 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanııb.
Hazırda iş üzrə istintaq davam edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ