Sizin reklam burada
Sizin reklam burada
  • Jurnalistin maşını qarət edildi

    Jurnalistin maşını qarət edildi Jurnalist İlham Məmmədzadənin avtomobili qarət edilib.
    O bu barədə feysbuk hesabında məlumat verib.
    İ. Məmmədzadə qeyd edib ki, hadisə Sumqayıt şəhərindəki 36-cı məhəllədə baş verib. Onun sözlərinə görə, son 2 ildə ikinci dəfədir ki, belə hadisə ilə qarşılaşır: "Bunun səbəbi isə çox sadədir. Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsindən bu kimi hallara baxılmır. Polis rəsmi şəkildə bildirir ki, dəymiş ziyan 5 000 manatdan aşağı olduğu üçün cinayət işi açılmır".
    Jurnalist əlavə edib ki, təqribən 10 gün öncə də qonşu məhəllədən bir dostunun avtomobilini oğurlayıblar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ