Cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Elməddin Hüseynovun icraatına verilən iş üzrə hazırlıq iclası avqustun 28-nə təyin edilib.
Qeyd edək ki, 33 yaşlı Ü.Haqverdiyevaya Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham verilib. O, Zəhra Şəfiyevaya qarşı dələduzluq etməkdə təqsirləndirilir.
Xatırladaq ki, Ü.Haqverdiyeva istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib və ötən ay Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
