Sizin reklam burada
Sizin reklam burada
  • Futbolçumuzu döydülər - ŞİKAYƏTÇİDİR

    Futbolçumuzu döydülər - ŞİKAYƏTÇİDİR Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb.
    ONA-nın məlumatına görə, hadisə Xətai rayonu N.Rəfiyev küçəsində qeydə alınıb.
    Belə ki, 2 nəfər naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb. Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır.
    Qeyd edək ki, döyülən şəxs 2007-2011-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ