Sizin reklam burada
Sizin reklam burada
  • Qazaxıstanda məhkəmə iki yüksəkvəzifəli məmur barəsində həbs qətimkan tədbiri seçib

    Qazaxıstanda məhkəmə iki yüksəkvəzifəli məmur - “Samruk-Kazına” Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolu” SC-nin rəhbəri Eljas Otınşiyevin barəsində həbs qətimkan tədbiri seçib.

    Rəhbər şəxslər korrupsiya cinayəti törətməkdə şübhəli bilinirlər.

    Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, bu məmurlar noyabrın 12-də müvəqqəti saxlama təcridxanasına yerləşdirilib və noyabrın 14-də istintaq məhkəməsi onların barəsində məhkəməyəqədər həbs qətimkan tədbiri seçib.

    Məhkəməyəqədər istintaq davam edir. İşin əlavə təfərrüatları açıqlanmayıb.

    Elşən Rüstəmov




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ