![]()
ABŞ Prezidenti Donald Tramp Demokratların noyabrda keçiriləcək aralıq seçkilərdə qələbəsinin ölkədə ciddi maliyyə böhranına səbəb ola biləcəyini bildirib.
Tramp Texasda jurnalistlərə açıqlamasında Demokratların hakimiyyətə gələcəyi təqdirdə, ABŞ-nin 1929-cu ildəki böhrana bənzər iqtisadi böhranla üzləşə biləcəyini deyib.
Qeyd edək ki, 1929-cu ildə başlayan Böyük Depressiya ABŞ-də və dünyada uzunmüddətli iqtisadi tənəzzülə səbəb olmuşdu.
