![]()
ABŞ-nin “Raytheon” şirkəti Pentaqonla 24,4 milyard dollar dəyərində müqavilə imzalayıb.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, müqavilə çərçivəsində Hərbi Dəniz Qüvvələrinə SM-6 raketlərinin tədarükü həyata keçiriləcək.
Müqavilənin ilkin müddəti beş ildir və daha iki il uzadılma imkanı nəzərdə tutulur. Pentaqon bildirib ki, müqavilə hava və dəniz döyüşləri üçün mühüm hesab olunan raketlərin istehsalının sürətləndirilməsinə imkan verəcək.
Qeyd edək ki, daha əvvəl ABŞ-də hərbi əməliyyatlar fonunda raket ehtiyatlarının azalması ilə bağlı narahatlıq ifadə olunub.
