![]()
Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb.
Peykin buraxılışı ABŞ-nin Kaliforniya ştatındakı Vandenberq bazasından “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə həyata keçirilib.
Peyk Qırğızıstan və BƏƏ-nin birgə layihəsi çərçivəsində orbitə çıxarılıb və Bişkekdə yerləşən Missiya Nəzarət Mərkəzindən idarə olunacaq.
Peykdən kənd təsərrüfatı əraziləri, buzlaqlar, su hövzələri, meşələr və otlaqların monitorinqi, həmçinin ekoloji dəyişikliklərin izlənilməsi üçün istifadə ediləcək.
