Mozambikdə polis və yerli sakinlər arasında toqquşma baş verib
Dünya
Dün, 12:44
14
Mozambikin şimalındakı Nampula əyalətinin Larde rayonunda polis əməkdaşları ilə yerli sakinlər arasında baş verən toqquşma nəticəsində azı dörd polis əməkdaşı xəsarət alıb.
Əraziyə toplaşan sakinlər polisə daş və müxtəlif əşyalarla hücum edərək qarşıdurma yaradıblar.
Məlumata görə, yaralanan polis əməkdaşlarından biri ağır xəsarət alıb.