Sizin reklam burada
Sizin reklam burada
  • Media: Amerika hərbi bazasına hücum nəticəsində onlarla hərbçi yaralanıb

    İranın İordaniyanın şərqindəki ABŞ bazasına endirdiyi zərbə nəticəsində "Black Hawk" helikopterlərinə ciddi ziyan dəyib.

    Bu barədə "The New York Times" qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

    Nəşrin məlumatına görə, İran Yaxın Şərqdəki ABŞ hədəflərinə ciddi ziyan vurur. Amerika helikopterlərinin yerləşdiyi bazaya edilən hücum nəticəsində onlarla hərbçi də yaralanıb.

    Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı İordaniyada İranın raket və pilotsuz təyyarə hücumunu dəf edərkən iki amerikalı hərbçinin öldüyünü, daha birinin isə itkin düşdüyünü bildirmişdi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ