Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş deyib. O bildirib ki, hücumların hamısı dayandırılmalıdır.
Onun sözlərinə görə, tammiqyaslı hərbi əməliyyatların yenidən başlanması region xalqları, beynəlxalq sülh və təhlükəsizlik, eləcə də qlobal iqtisadiyyat üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.
Quterreş İranı və ABŞ-ni danışıqları təcili şəkildə bərpa etməyə, mövcud fikir ayrılıqlarını isə diplomatik yollarla həll etməyə çağırıb.
