Bu barədə ölkənin Qəzza zolağı və İordan çayının qərb sahilində hökumət fəaliyyətlərinin əlaqələndirilməsi üzrə agentliyi məlumat yayıb. Bildirilib ki, humanitar yardımın Qəzza zolağına çatdırılması üçün Kerem Şalom keçid məntəqəsi yenidən açılıb. Həmçinin Rəfah keçidi hər iki istiqamətdə insanların məhdud hərəkəti üçün fəaliyyətini bərpa edib.
Məlumata görə, keçidlər vasitəsilə hərəkət Misir və Ümumdünya Səhiyyə Təşkilatının koordinasiya tələblərinə uyğun şəkildə həyata keçiriləcək. Agentlik Qəzza zolağına humanitar yardımın çatdırılmasına dəstəyin davam etdiriləcəyini bildirib.
