Bu barədə ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin komissarı vəzifəsini icra edən Devid Venturella “Breitbart News”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Daxili Təhlükəsizlik Departamenti qanunsuz miqrantların deportasiyasını sürətləndirmək üçün bütün mümkün mexanizmlərdən istifadə edir.
Tramp isə daha əvvəl ABŞ-yə milyonlarla şəxsin qanunsuz daxil olduğunu iddia edib. O, seçki kampaniyası dövründə və prezidentliyinin ilk aylarında daha sərt immiqrasiya siyasətinin tərəfdarı olduğunu vurğulayaraq, ABŞ tarixində qanunsuz immiqrantlara qarşı ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirəcəyinə söz verib.
