Bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb.
Məlumata görə, martın 9-dan etibarən Usi şəhərinin Lyanşi rayonunun Şanbey icması sosial şəbəkələrdə sağlam həyat tərzinin təşviqi məqsədilə yaradıcı kampaniyaya start verib və artıq 2400-dən çox şəxsin iştirak etmək üçün müraciət etdiyi bildirilib.
“Artıq çəkini mal əti ilə dəyiş” proqramının şərtlərinə əsasən, yalnız həmin regionda sosial sığorta və ya tibbi sığorta ödəyən sakinlər müraciət edə bilərlər. Eyni zamanda, iştirakçıların bədən kütlə indeksi 23-dən yuxarı olmalıdır (norma 18,5–24,9 arasıdır).
