Sizin reklam burada
Sizin reklam burada
  • Dağıstanda ondan çox yaşayış evi yanıb

    Atributinfo.az xəbər verir ki, Dağıstanın Tsuntinski rayonunun Xutrax kəndində baş verən yanğının sahəsi 800 kvadratmetrə çatıb.
    Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb.
    “Hazırda 20-yə yaxın tikili yanıb. Alovun yayılmasının qarşısı alınıb, onun tam söndürməsi üçün işlər aparılır”, - idarədən bildirilib.
    Yanğının səbəbi açıqlanmayıb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ