Türkiyədə turistləri daşıyan avtobus yük maşını ilə toqquşub, ölənlər və yaralananlar var
Dünya
30-07-2023, 12:06
182
Atributinfo.az xəbər verir ki, Türkiyənin Alanya şəhərində turistləri daşıyan avtobus ilə yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Hadisə yerinə təcili yardım briqadaları və polis əməkdaşları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə əlaqədar araşdırma aparılır.