Sizin reklam burada
Sizin reklam burada
  • İtaliyanın hava məkanı iflic olub

    Atributinfo.az xəbər verir ki, İtaliyada aeroport işçiləri kütləvi tətəilə başlayıb.
    Ölkənin aviasektorunda dörd böyük şirkətin həmkarlar ittifaqının (Filt Cgil, Fit-Ci, Uiltrasporti, Ugl Ta) çağırışı ilə işçilər və bəzi pilotlar 10.00-18.00 saatlarında 8 saatlıq tətil elan edib.
    İşçilər kütləvi tətilə səbəb kimi iş müqavilələrinin 6 ildir yenilənməməsini göstərib.
    Tətil nəticəsində Romanın Fiumicino aeroportunda 140 uçuşun, Milano Malpensa aeroportunda da 150 uçuşun ləğv edildiyi, ümumilikdə 250 min insanın bundan təsirlənəcəyi bildirilib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ