Sizin reklam burada
Sizin reklam burada
  • Amerikalı milyarder doğum günündə öldü

    Amerikalı milyarder Ceyms Kraun yol qəzasında vəfat edib.
    Atributinfo.az xəbər verir ki,"Henry Crown and Company" investisiya şirkətinin başçısı 70 yaşlı C.Kraun "Aspen Motorsports Park" şosesində idarəetməni itirib, yoldan çıxıb və təhlükəsizlik baryerinə çırpılıb.
    Qeyd edək ki, sənaye maqnatı olan babası Henri Kraunun əsası qoyduğu biznesin sahibi olması ilə yanaşı, Ceyms Kraun "JP Morgan Chase" bankının Direktorlar Şurasının üzvü, həmçinin "Aspen Skiing Co"nun idarəedici tərəfdaşı idi. "Forbes"in qiymətləndirməsinə görə, Kraun ailəsinin sərvəti 10,2 milyard dollardır.
    1985-ci ildən Paula Hannaueylə evli olmuş milyarderin dörd övladı var.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ