Atributinfo.az xəbər verir ki, İran Prezidentinin Sərəncamı ilə Möhsün Rzayi İranın Ali İqtisadi Koordinasiyası Şurasının katibi təyin edilib.
Qeyd edək ki, Möhsün Rzayi İran Məsləhət Şurasının katibidir. O, 1981-1997-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı olub. Möhsün Rzayi 3 dəfə prezident seçkilərində namizəd olub.
/atributinfo.az/
