Sizin reklam burada
Sizin reklam burada
  • Paşinyan erməni icması ilə görüşü ləğv etdi

    Avropa Siyasi Birliyinin İkinci Sammiti üçün Moldovanın paytaxtı Kişinyova səfər edən Ermənistan baş naziri Nikol Paşinyan verdiyi qərarla diqqət mərkəzinə düşüb.
    Atributinfo.az xəbər verir ki, Paşinyan Kişinyovdakı erməni icması ilə görüşünü ləğv edib. Bu barədə “Hraparak” qəzetinə Kişinyovdakı erməni icmasının rəhbəri Venera Muşeq məlumat verib.
    Muşeqin sözlərinə görə, iclas iyunun 2-də keçirilməli idi. O qeyd edib ki, görüşün təxirə salınmasının səbəbi barədə məlumatı yoxdur.
    Qeyd edək ki, Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammiti işinə başlayır. Kişinyovda həmçinin Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa Şurasının prezidenti və Azərbaycan prezidenti arasında beştərəfli görüşün də keçirilməsi nəzərdə tutulub.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ