Türkiyənin Kahramanmaraş əyalətində 4,5 bal gücündə zəlzələ baş verib.Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
"Atributinfo.az" xəbər verir ki, məlumata əsasən, yeraltı təkanların episentri əyalətin Ekinözlü rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Zahir Məmmədov
"Atributinfo.az"
