134-cü dəqiqədə dağıntılar altından 6 yaşlı daha bir qız üşağı və anası sağ-salamat çıxarıldı
Dünya
11-02-2023, 19:16
283
Türkiyədə baş verən genişmiqyaslı zəlzələ bu gün bütün dünyanın diqqət mərkəzindədir. Əslində bu zəlzələ bir çox cəhətdən dünyaya, bəşəriyyətə gözəgörünməz O, böyük Yaradandan-Allahdan gələn bir mesajdır. Heç şübhəsiz təbii fəlakət qurbansız ötüşmür. Lakin burada sayca artıq 100 mini haqlayan yaralı 20 mindən artıq insan təlafatı ilə yanaşı diqqət çəkən əsas məqam zəlzələnin baş verməsindən 6 gün keçməsinə baxmayaraq hələ də dağıntılar altından sağ-salamat insan çıxarılmasıdır. İnsanın bu qədər müddətə bəlkə də hər bir qidasız qala bilsə də, susuz qalması qeyri-mümkündür. Lakin möcüzə nəticəsində qala bilərmiş sən demə. Budur, 134-cü saatda (enkaz) dağıntılar altından 6 yaşlı Selin adlı daha bir qız uşağı və anası sağ-salamat çıxarıldı. Bu, əsl möcüzədir. Bəs, bu möcüzənin arxasında dayanan qüvvəyə də insan asi olarmı? Təəssüf ki, dünyada baş alıb gedən haqsızlıqlar, ədalətsizliklər, Allahsızlıqlar səngimək bilmir. Quranı yandıran şeytanlar bu möcüzələrdən nəticə çıxaracaqlarmı? Məzlumun haqqın yeyənlər, vəzifə, kreslo hərisləri, kasıba-yoxsula üstdən aşağı baxanlar görəsən, Allahın bu hikmətlərini, möcüzələrini görüb haqqa, dinə-imana, insanlığa tapınacaqlarmı?