Bu barədə DİN reginoal Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, gecə saatlarında yerli müəssisənin işçilərinin olduğu mikroavtobus eyni istiqamətdə hərəkətdə olan MAZ markalı yük maşını ilə toqquşub.
Mikroavtobusun 3 sərnişini hadisə yerində vəfat edib, sürücü və bir sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Əlavə olunur ki, ərazi hərəkət məhdudlaşdırılmayıb.
Qeyd edək ki, vəfat edənlərin təhlükəsizlik kəmərindən istifadə etmədikləri bildirilir.
