Sizin reklam burada
Sizin reklam burada

Gələn il Türkmənistanda Xəzəryanı dövlətlərin zirvə görüşü keçirilə bilər

Gələn il Türkmənistanda Xəzəryanı dövlətlərin zirvə görüşü keçirilə bilər Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Xəzəryanı dövlətlərin növbəti zirvə görüşünün üz-üzə formatda keçirilməsini təklif edib.
Bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadən məlumat verilir.
Qeyd olunub ki, söhbət zamanı "Xəzər beşliyi" formatında əməkdaşlıq çoxtərəfli tərəfdaşlıq çərçivəsində ən vacib istiqamətlərdən biri kimi qiymətləndirilib. Bu baxımdan Türkmənistan lideri ölkənin gələn il Xəzəryanı dövlətlərin növbəti zirvə görüşünü qəbul etməyə hazır olduğunu vurğulayıb.
Türkmənistan tərəfi dünyada mürəkkəb epidemioloji vəziyyətə baxmayaraq, görüşün üz-üzə keçirilməsini məqsədəuyğun hesab edir:
"Bu, gündəmdə dayanan bir sıra məsələlərin, o cümlədən sabitlik və təhlükəsizlik, ekologiya və ətraf mühitin mühafizəsi, Xəzərdə iqtisadi əməkdaşlıq məsələlərinin ətraflı nəzərdən keçirilməsi zərurəti ilə əlaqədardır. Eyni zamanda, zirvə görüşü Xəzəryanı dövlətlərin rəhbərlərinin ikitərəfli görüşləri üçün də imkan yaradacaq".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ