Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyə PUA-larının Kanada texnologiyasına ehtiyacı qalmayacaq - Yeni kamera sistemləri hazırlanır

    Türkiyə PUA-larının Kanada texnologiyasına ehtiyacı qalmayacaq - Yeni kamera sistemləri hazırlanır Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti "ANKA” zərbə PUA-ları üçün yeni texnologiya hazırlayır.
    Söhbət gecə-gündüz çəkiliş etmək imkanına malik olan "Cats HD” kamera sistemlərindən gedir.
    Məlumata görə, hazırda "Cats HD” hazırlanma prosesindədir.
    Qeyd olunub ki, hələ uçuş sınaqları 2 il öncə yekunlaşan və daha qabaqcıl xüsusiyyətləri əldə etməsi üçün üzərində işlər aparılan kamera sistemləri yaxın zamanda Türkiyə istehsalı PUA-larda öz əksini tapacaq.
    Beləliklə, Türkiyə texnologiya sahəsində daha bir xarici asılılıq amilini ortadan qaldıracaq.
    Xatırladaq ki, ötən gün Kanadanın Xarici İşlər naziri Fransua-Filipp Şampan Türkiyəyə hərbi texnologiyanın ixracına icazəni dayandırmışdı. Bildirilib ki, buna səbəb həmin texnologiyanın Dağlıq Qarabağ münaqişəsində istifadəsi olub. Xarici KİV-də gedən məlumata görə, söhbət Türkiyənin zərbə PUA-larında istifadə olunan Kanadanın "Wescam” şirkətinin kamera sistemlərindən gedir.
    Türkiyə Xarici İşlər Nazirliyi Kanadanın bu qərarına belə cavab verib:
    "Ölkəmizə bəzi hərbi avadanlığın ixracının dayandırması Azərbaycanın 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün haqlı mübarizəsinə Kanadanın göstərdiyi ikili standart yanaşmasının nümunəsidir”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ