Sizin reklam burada
Sizin reklam burada
  • Çexiya və Ukraynanı qızılca epidemiyası bürüyüb

    Çexiya və Ukraynanı qızılca epidemiyası bürüyüb Bu ilin yanvar ayında Praqada 35 qızılcaya yoluxma halı qeydə alınıb.
    Paytaxtda ötən ildən elan olunan epidemiya hələ də davam edir. O vaxt bu xəstəliyə tutulanların sayı 103 nəfər idi. Bu, Praqa Gigiyena Stansiyasının məlumatında göstərilir. 2018-ci il ərzində Çexiyada cəmi 207 yoluxma halı qeydə alınıb.
    Həkimlər qızılcanın hava ilə ötürülən yoluxucu xəstəlik olduğunu və bu xəstəlik üçün ikihəftəlik karantinin tələb edildiyini xatırladırlar. Ötən həftə personalın bu xəstəliyə yoluxması nəticəsində ölkə parlamentinin aşağı palatasında restoran bağlanılıb.
    Moraviya-Sileziya diyarında cari ilin yanvar ayında 10 yoluxma halı qeydə alınıb ki, bu da ötən il ərzindəkindən daha çoxdur. Çexiya ərazisində 1969-cu ildən başlayaraq uşaqlara qızılca əleyhinə məcburi peyvəndlər edilir. Bununla belə, xəstəliyə qarşı immunitet vaxt ötdükcə zəifləyir.
    Ukraynada da ötən həftə 3379 nəfər qızılca xəstəliyinə tutulub.
    Ukrayna Səhiyyə Nazirliyiin verdiyi məlumata görə, onlardan 1499-u böyük, 1880-i uşaqdır.
    Qurumdan bildiriblər ki, ümumilikdə 2018-ci il dekabrın 28-dən 2019-cu il fevralın 1-dək 15 095 nəfər (6364-ü böyük, 8731- uşaq) qızılca olub.
    Qeyd edək ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisindən ölkədə qızılcaya yoluxmanın gözləniləndən daha artıq müşahidə edildiyi bildirilmişdi: "Hazırda Avropanın əksər ölkələrində qızılca epidemiyası baş verir. Azərbaycanda gözləniləndən daha artıq xəstəlik halları müşahidə edilir. Bu hallar 2018-ci ilin sonundan artmağa başlayıb. Xəstəlik halları əsasən vaxtilə peyvənd olunmamış 20-40 yaş qrupuna aid insanlar arasında baş verib".
    Azərbaycanda qızılcaya yoluxma halları ötən il dekabrın ortalarından, əsasən, böyüklər arasında qeydə alınmağa başlayıb.
    Xatırladaq ki, Qazaxıstanda da ilin əvvəlindən qızılcaya yoluxma halları artıb. Bu il 1114 qızılcaya yoluxma halı aşkar edilib ki, onlardan 799 nəfəri və ya 72 faizə yaxını yaşı 14-dən aşağı olan uşaqdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ