Yunanıstanda 1 oktyabr 2018-ci ildən 27 yanvar 2019-cu il tarixinədək olan dövr ərzində 18 nəfər həyatını itirib. Bu barədə cümə axşamı ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb. Onun məlumatına görə, oktyabrın 1-dən laboratoriya tərəfindən qripə 117 ciddi yoluxma halı qeydə alınıb.