Yaponiyanın paytaxtı Tokionun mərkəzində naməlum sürücü avtomobili səkiyə qaldıraraq kütlənin üstünə sürüb. Hadisə Sindzyuku dəmiryol stansiyasının yaxınlığında qeydə alınıb. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, insident nəticəsində ən azı 7 nəfər xəsarət alıb, bir neçəsinin vəziyyəti ağırdır. Digər təfərrüatlar barədə məlumat verilmir.