Dünən “Mikayılla 5 gün” verilişinin növbəti buraxılışı maraqlı qonaqları və canlı musiqi ifaları ilə yadda qalıb.
Aparıcı Mikayılın təqdimatında yayımlanan proqramda Gülnar Ələkbərli, Marat Darvazalı, gənc güləşçi Xan Balaca və Seymur Allahverdiyev qonaq olublar. Veriliş zamanı qonaqlarla müxtəlif mövzularda söhbətlər aparılıb, onların fəaliyyəti barədə məlumat verilib.
Proqramda musiqi nömrələri də təqdim olunub. Verilişdə “Qardaşlar” ansamblı çıxış edib. Ansamblın ifası zamanı Fərhad Tufan özü sazda canlı ifa ilə iştirak edib.
Canlı saz ifaları və aşıq musiqisi verilişə xüsusi rəng qatıb.
Beləliklə, “Mikayılla 5 gün”ün dünənki buraxılışı qonaqları, səmimi söhbətləri və canlı musiqi ifaları ilə yadda qalıb.
Aybəniz ABDULOVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar araşdırmaçı jurnalist və "Mikayılla 5 gün" verilişin koordinatoru
